Akademik İsa Həbibbəyli AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşını Fəxri Fərmanla mükafatlandırıb
May 15, 2024 | 02:00
AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli iclasında AMEA-nın inkişafının hazırkı yeniləşmə mərhələsi müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə Akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə cavab verən loqotipinin - embleminin yenidən hazırlanması üçün müsabiqə elan edilməsi ilə əlaqədar qərarın icrası təmin edilib.
15 may 2024-cü il tarixində AMEA-nın yeni loqotipinin-embleminin hazırlanması üçün elan edilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə 25 nəfərin hazırladığı 61 loqotip-emblem iştirak edib. Akademik İsa Həbibbəyli müsabiqə iştirakçılarını salamlayıb, onları təbrik edib, bu cür fəallıq göstərdikləri üçün minnətdarlığını bildirib. İsa Həbibbəyli qeyd edib ki, göndərilən hər bir iş çox maraqlıdır, buna görə də seçim etmək olduqca çətin idi. Akademik məhz bu səbəbdən tək bir nəfərin qalib seçilməsinin mümkün olmadığını əlavə edib. O, mütəxəssislərin ümumi rəyi nəzərə alınaraq müsabiqəyə qatılan 6 iştirakçının tətbiq etdiyi simvollardan istifadə olunacağını, AMEA-nın yeni loqotipinin-embleminin bu şəkildə hazırlanacağını diqqətə çatdırıb. İsa Həbibbəyli müsabiqənin qalibi üçün nəzərdə tutulan pul mükafatının iştirakçılar arasında bölünəcəyini də vurğulayıb. Daha sonra akademik iştirakçılara Fəxri Fərman və diplomlar təqdim edib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Aynur Mustafayeva müsabiqədə iştirak edərək Fəxri Fərmanla təltif olunub.
Əməkdaşımızı təbrik edir, ona uğurlar arzulayırıq