AMEA-nın Şəki REM-nin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları elmi ekspedisiyada olublar
Apr 29, 2024 | 02:10

26 aprel 2024-cü il tarixində Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin əməkdaşları-şöbə müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, elmi işçi Aqil Mustafayev, b.laborant Elvin Qarayev Qəbələ rayonunun Laza kəndində, Dəmiraparançay ərazisində ekspedisiyada olublar. Tədqiqatlar zamanı Laza kəndi və ətraf ərazilərin ekoloji vəziyyəti və turizm potensialının öyrənilməsi istiqamətində işlər aparılıb.
Qeyd edək ki, Laza kəndi Qəbələ rayonundan 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1411 m hündürlükdə yerləşir.