Apr 23, 2024 | 04:54
23 aprel 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Mülki Müdafiə Qərargahının növbəti məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov qeyd edib ki, məşğələnin keçirilməsində əsas məqsədi fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi təşkil edir. O, həmçinin Mərkəzdə hərbiləşdirilməmiş MM qüvvələrinin yeni strukturunun təşkil edilməsi, MM qüvvələrinin hazır vəziyyətə gətirilməsi, fövqəladə hallar zamanı MM qüvvələrinin manqa komandirləri və üzvlərinin vəzifə səlahiyyətləri haqqında məlumat verib.
Şəki REM-in ümumi işlər üzrə direktor müavini Rəhim Abdurahmanov yanma nəzəriyyəsinin əsas prinsipləri, yanğın üsulları, yanğın təhlükəsizliyi ilə bağlı öhdəliklər və yanğına qarşı mübarizə sahəsində nəzəri biliklərin artırılması mövzusu ilə çıxış edib.
Məşğələdə kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid videoçarxlar nümayiş olunub.