AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov Şəki Regional Elmi Mərkəzdə olub
Apr 18, 2024 | 11:02
Apr 18, 2024 | 11:02
18 aprel 2024-cü il tarixində AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dos. Sənan Həsənov AMEA-nın Şəki Regional Elmi Mərkəzində həmkarlarla görüşüb.
Görüşdə Şəki REM-in əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü qonağımızı salamladıqdan sonra sözü dosent Sənan Həsənova verib.
Sənan Həsənov Həmkarlar İttifaqının Nizamnaməsində əsas vəzifənin əməkdaşların hüquq və mənafeyinin qorunması olduğunu açıqlayıb, reallıqlar, qarşılaşdığımız problemlər barədə məlumat verib. O, təşkilatlar və fərdlər arasında kollektiv fəaliyyət və əməkdaşlığın təmin edilməsi məqsədilə müasir çağırışlar və qarşıda duran əsas hədəflər haqqında geniş söhbət açıb. Əməkdaşların sualları sədr tərəfindən cavablandırılıb, onlar üçün qaranlıq olan məsələlərə aydınlıq gətirilib.
Sonra Şəki REM-in Həmkarlar Təşkilatının sədri Aqil Mustafayevin və Təftiş komissiyasının sədri Namiq Abdurahmanovun hesabatları dinlənilib.
Şəki REM-in Həmkarlar Təşkilatına və Təftiş komissiyasına yeni sədr, katib və üzvlərin seçilməsi prosesi baş tutub.
Şəki REM-in Həmkarlar Təşkilatının tərkibində bəzi dəyişikliklər edilib və yeni tərkib təsdiq edilib:
Sədr: Aqil Mustafayev;
Katib:Yevgeniya Bəkirova;
Üzvlər: Ayşən Salmanova;
Ruslan Səmədov.
Təftiş komissiyasının sədri: Namiq Abdurahmanov;
Üzvlər: Aytən Hümmətova;
Cabbar Xəlilov.
Şəki REM-in direktoru Yusif Şükürlü və Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 2024-cü il Qurultayına nümayəndə seçiliblər.
Tədbirin sonunda Heydər Əliyev siyasi irsinin araşdırılması ilə bağlı elmi əsərlər dosent Sənan Həsənov tərəfindən Şəki REM-in kitabxana fonduna hədiyyə edilib.