27 mart - Elm günü
Mart 27, 2024 | 02:00

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncamla hər il AMEA-nın təsis olunduğu günə təsadüf edən 27 mart tarixi ölkəmizdə “Elm günü” kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində Azərbaycanda ixtisaslı kadr potensialının formalaşdırılması, müxtəlif elm sahələrinin inkişaf etdirilməsi, alim və ziyalıların yetişdirilməsi kimi mühüm faktorlar uğurla həyata keçirilib.

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.