AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib
Mart 06, 2024 | 02:00
06 mart 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib.
İclasda Şəki REM-in Elmi Şura üzvləri, elmi işçilər iştirak ediblər.
İclası giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü Elmi Şura iştirakçılarını gündəlikdəki məsələlərlə tanış etdikdən sonra ilk məsələ AMEA Rəyasət Heyətinin 29 yanvar 2024-cü il tarixli Yığıncağının qərarları haqqında məlumat verib. Qərarda Şəki REM-in 2023-il hesabatının qənaətbəxş hesab olunaraq qəbul olunduğu və mühüm nəticələrinin AMEA-nın illik hesabatına daxil edildiyi göstərilir.
Gündəlikdəki ikinci məsələ AMEA-nın Şəki REM-nin 2024-cü il üçün şöbələr üzrə elmi-tədqiqat planlarının müzakirəsi məsələsi haqqında Elmi katib Vəfa Atayeva məlumat verib. O qeyd edib ki, elmi-tədqiqat işləri üzrə rüblük hesabatlar mart ayının sonuna qədər hazırlanıb elmi katibə təqdim edilməlidir.
Daha sonra Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d., dos. Fərhad Əzizov COP-29 gündəliyində nəzərdə tutulan tədbirlərin icrası haqqında danışıb və ilk tədbirin mart ayında keçiriləcəyini bildirib.
Kitabxana müdiri Günel Musayeva 27 Mart Elm Günü ilə əlaqədar Şəki REM-in Tədbirlər planında nəzərdə tutulan məlumatları nəzərə çatdırıb.
Cari məsələ kimi Tarix, arxeologiya və epiqrafika şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Akif Məmmədlinin "Balakən-Zaqatala bölgəsinin tarixinə dair oçerklər" adlı monoqrafiyasının, Landşaftşünaslıq şöbəsinin rəhbəri, geo-min.ü.f.d. Hüseyn Mustafabəylinin "Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resurslarının landşaft diaqnostik xüsusiyyətləri" kitabının çapa təqdim olunması, Şəki REM-in arxeoloji qazıntılar apara bilməsi üçün Dövlət Turizm Agentliyindən açıq vərəqənin alınması haqqında qərarlar qəbul edilib.