AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Ədəbiyyatda və ictimai fikirdə Məhəmməd Əmin Rəsulzadə obrazı” mövzusunda seminar təşkil edilib
Fev 21, 2024 | 02:00

21 fevral 2024-cü il tarixində Şəki REM-in akt zalında “Ədəbiyyatda və ictimai fikirdə Məhəmməd Əmin Rəsulzadə obrazı” mövzusunda seminar keçirilib. Seminarda Şəki REM-in elmi işçiləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Şəki REM-in Elmi katibi Vəfa Atayeva Müasir Azərbaycan Respublikasının varisi olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş seminarın işinə uğurlar arzulayıb və sözü Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayevaya verib.

Təranə Abdullayeva “Azərbaycan ədəbiyyatşünaslığında Məhəmməd Əmin Rəsulzadə” adlı məruzəsində Rəsulzadə irsinin yalnız siyasi düşüncədən ibarət olmadığını vurğulayıb və onun ədəbiyyatşünaslığa verdiyi töfhələrdən danışıb. O qeyd edib ki, Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Əsrimizin Səyavuşu”, “Azərbaycan kültür gələnəkləri”, “Azərbaycan şairi Nizami” kimi irihəcmli monoqrafik tədqiqatları onun ədəbi-estetik və nəzəri görüşlərinin ifadəçisidir. Bu əsərlər xalqın milli oyanışı, kökə qayıdışı, ədəbiyyatın inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, verilən suallar məruzəçi tərəfindən cavablandırılıb.