Şəkidə İndoneziya mədəniyyətini əks etdirən sərgi təşkil edilib
Yan 28, 2024 | 02:00

28 yanvar 2024-cü il tarixində Şəki Şəhər İcra Hakimiyyəti və İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən Şəki Dövlət Dram Teatrında tədbir və sərgi təşkil edilib. İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidə çıxış edərək tədbirin əsas məqsədinin Azərbaycan İndoneziya mədəni əlaqələrinin inkişaf etdirilməsini təmin etmək, iki ölkə arasında sosial münasibətlərin formalaşmasına xidmət etməkdən ibarət olduğunu ifadə edib. Tədbirdə həmçinin, İndoneziyanın mədəniyyətini, incəsənətini, kulinariyasını, turizm potensialını əks etdirən sərgi nümayiş etdirilib.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları- Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova və kitabxana müdiri Günel Musayeva tədbirdə iştirak ediblər. Əməkdaşlarımız İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidə AMEA-nın Şəki REM-i ilə İndoneziyanın Raul Universiteti arasında imzalanan memorandumdan bəhs ediblər. Səfir iki ölkə arasında yalnız siyasi, iqtisadi, sosial əlaqələrin deyil, elmi əməkdaşlığın da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib. Sonda xatirə fotoşəkilləri çəkilib.