AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirovanın 70 illik yubileyi qeyd olunub
Yan 26, 2024 | 12:00

26 yanvar 2024-cü il tarixində Şəki Regional Elmi Mərkəzin Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirovanın 70 yaşı tamam olur.

Yevgeniya Bəkirova 1954-cü il yanvarın 26-da Ukraynanın Feodosiya şəhərində hərbçi ailəsində anadan olub. Sonralar atası görkəmli alim Bəkirov Məmmədemin Yaqub oğlu ailəsi ilə birgə Bakiya köçüb və AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətlə məşğul olub. Onu da qeyd edək ki, Məmmədemin Bəkirov 1972-ci ildə AMEA-nın Şəki Zonal Elmi Bazasının (Şəki Regional Elmi Mərkəzi) yaradılmasında bilavasitə iştirak edib.

Yevgeniya Bəkirova 1971-ci ildə Bakıda orta məktəbi bitirdikdən sonra ADU-nın fizika fakültəsinin axşam şöbəsinə daxil olub, həmin ildən də AMEA-nın Fizika İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunda elektromontajçı vəzifəsində işləyib, I dərəcədən VI dərəcəyədək yüksəlib. 1974-cü ildən Fizika İnstitutunun Yarımkeçiricilərdə qeyri-taraz elektron prosesləri laboratoriyasında baş laborant, 1975-1978-ci illərdə AMEA-nın "Kaspi" EM və XKB-da mühəndis vəzifəsində çalışıb.

Yevgeniya Bəkirova hazırda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin rəhbəridir.

Şəki REM-in rəhbərliyi və əməkdaşları tərəfindən Yevgeniya xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona sağlıqlı və uzun ömür arzulayırıq.