AMEA-nın Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 illik yubileyidir
Yan 12, 2024 | 12:00

12 yanvar 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur.

Rəhimov Yusif Rəsul oğlu 12.01.1959-cu ildə Şəki şəhərində anadan olub. 1984-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsini bitirərək, Bakı şəhərində Azərneftkimyazavodtəmiri Trestinin İxtisaslaşmış Mexanizasiya İdarəsində əmək fəaliyyətinə başlayıb. Bir il sonra Şəkiyə qayıdıb və buradakı Rayonlararası Aqrarsənayetikinti Trestində mühəndis, böyük mühəndis, Texniki şöbənin rəisi və baş mühəndis vəzifələrində çalışıb.

2003-cü ildən etibarən AMEA-nın Şəki Regional Elmi Mərkəzində kiçik elmi işçidən  “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri vəzifəsinədək əmək yolu keçib. 2014-cü ildən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsinin rəhbəridir. 2017-2021-ci illərdə AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun dissertanturasında təhsil alıb.

Əsas elmi-tədqiqat istiqamətlərini ekocoğrafiya və ekoturizm təşkil edir.

9 Beynəlxalq elmi konfransda iştirak edib. 10 elmi, 12 elmi-kütləvi məqalənin müəllifi və “Azərbaycanın Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun landşaftlarının ekocoğrafi xüsusiyyətləri”  monoqrafiyasının həmmüəllifidir.

Yusif Rəhimovu rəhbərlik və kollektivimiz adından 65 illik yubileyi münasibətilə təbrik edir, ona sağlıqlı və uzun ömür, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.