Şəkinin orta əsrlər tarixini əks etdirən tədqiqat əsəri təkrar nəşr olunub
Noy 18, 2023 | 02:00
“Şəkinin orta əsrlər tarixi” kitabı dövlətçiliyin inkişafında və Azərbaycanın müstəqilliyinin bərpasından sonra dünya birliyində aparıcı yer tutmasında danılmaz rol oynayan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Tarix irs və etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənovun və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovun müəllifliyi ilə Şəkinin qədim dövlətçilik tarixini əks etdirən, arxiv materialları və qəzet məqalələri əsasında tərtib edilən “Şəkinin orta əsrlər tarixi” kitabı yüksək tələbat olduğu nəzərə alınaraq təkrar nəşr edilib. Kitab XX əsrdə yaşamış əslən Cənubi Azərbaycandan olan tarixçi, tərcüməçi Tağı Musəvinin 1960-1976-cı illərdəki elmi fəaliyyətinin nəticəsi olaraq ərsəyə gəlib. Kitabda təqdim olunan məlumatlar Şəkinin tarixən qədimdən formalaşmış və təşəkkül tapmış dövlətçilik ənənələrinin mövcudluğuna işarədir.
Kitab geniş oxucu kütləsi və elmi ictimaiyyət üçün nəzərdə tutulub. Rahim Həsənov və Aydın Məmmədovu təbrik edir və gələcək elmi fəaliyyətlərində uğurlar arzu edirik.