AMEA- nın Şəki Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin əməkdaşlarının elmi məqaləsi dərc olunub
Noy 06, 2023 | 05:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları-şöbə müdiri Yusif Rəhimov və b.elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayevin “Kiş və Şin çayları hövzələrində ekoloji problemlər” başlıqlı məqaləsi Azərbaycan Milli Elmlər Akademiyasının elmi-populyar jurnalı olan “Elm və Həyat” dərgisinin №3 (481), 2023-cü il nömrəsində nəşr olunub. Məqalədə son illərdə tez-tez təkrarlanan sel hadisələrinin hərtərəfli öyrənilməsi nəticəsində dağ suxurlarının güclü aşınması, yamaclarda asanlıqla yuyulan qırıntı materiallarının toplanması, dik və böyük meyillikli yamacların olması və digər təbii amillərin ekosistemə vurduğu zərər araşdırılmışdır. Məqalədə, həmçinin Şəki, Oğuz, Qax, Qəbələ rayonlarının subalp və alp qurşaqlarında yerləşən yay otlaqlarında normadan artıq mal-qara otarılmasının nəticəsində məhv olan ətraf mühit və ekosistemin müdafiəsinin bərpa edilməsinin çətinləşməsi kimi mühüm məsələlər əksini tapıb.