
Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Noy 04, 2023 | 11:00
Noy 04, 2023 | 11:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
- Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2023-cü il
President.az