Şəki Regional Elmi Mərkəzin əməkdaşı Beynəlxalq konfransada çıxış edib
Okt 30, 2023 | 11:00

27 oktyabr 2023-cü il tarixində ŞREM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin əməkdaşı Habil Xəlilov Türkiyə Cümhuriyyətinin Malatya şəhərində düzənlənən “Cumhuriyyetin 100. Yılında Türkiyede din ve hayat” Beynəlxalq elmi konfransında “Çarlık Rusiyası ve Sovyet Rusiyasının ilk dönemlerinde dini siyaset ve onun kuzey Azerbaycanın Şeki şehrinde dini hayata etkisi” mövzusunda, Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi Elşən Abdurahmanov və həmin şöbənin əməkdaşı Habil Xəlilovun həmmüəllif olduqları tezislə çıxış edib.

Məruzəçi istər çar Rusiyası, istərsə də sovet Rusiyası dövründə aparılan siyasətin Azərbaycanın siyasi, iqtisadi və dini həyatına təsiri ilə bağlı tədqiqatın elmi əsərlər, qəzet və arxiv materialları, eləcə də din xadimlərinin şəxsi arxivindən əldə edilmiş materiallar əsasında aparıldığından danışıb, eyni zamanda sovet Rusiyası dönəmində məscid və mədrəsələrin fəaliyyətinin məhdudlaşdırılması, “Elmi ateizm”in təbliğ olunması, dinə və din  xadimlərinə qarşı radikal münasibətin olması kimi məsələlərin tədqiqata cəlb edildiyini diqqətə çatdırıb.