Bəxtiyar Vahabzadənin ev-muzeyində Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib
Okt 18, 2023 | 05:46

18 oktyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ərəfəsində Bəxtiyar Vahabzadənin ev-muzeyində Şəki Mərkəzi Kitabxanasının və Bəxtiyar Vahabzadənin ev-muzeyinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir təşkil edilib.

Tədbirdə MKS-nın direktoru, v.s.m.i.e. Kəmalə İsmayılova, əməkdaşı Ayxan Şükürlü, Dilbər Yaqubova, Şəki Regional Elmi Mərkəzin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin əməkdaşı Habil Xəlilov və “İctimayyətlə əlaqələr” şöbəsinin rəhbəri Reyhan Mənəfova, M.F.Axundovun ev-muzeyinin əməkdaşları, Nurəddin Bədəlov adına şəhər Folklor evinin direktoru və əməkdaşları iştirak və çıxış ediblər. Tədbir Kanal S-in xəbərlər departamenti və Şəki Media səhifəsi tərəfindən lentə alınıb.