Şəki Regional Elmi Mərkəzin əməkdaşlarının növbəti elmi ekspedisiyası
Okt 17, 2023 | 12:41

12 oktyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin əməkdaşları – şöbə rəhbəri İradə Yusifova,  elmi işçi Tural Adışirinov Şəki rayonunun Aşağı Küngüt, Çapağan, Küdürlü kəndlərində ekspedisiyada olublar.

Mərkəzin əməkdaşları Küdürlü kənd icra nümayəndəsi Xəyyam İbrahimov və Aşağı Küngüt-Çapağan icra nümayəndəsinin müavini Azər Səmədli ilə görüşüb, onlardan kənd əhalisi, əhalinin ümumi məşğuliyyəti haqqında məlumat əldə ediblər. Daha sonra Elmi Mərkəzin əməkdaşları tərəfindən Küdürlü Ümumi kənd orta məktəbinin tədris işləri üzrə direktor müavini Məlakət İmamova, kənd müəllimləri - Röya Qocayeva, Aysel Süleymanova, Pərvanə Alxasova ilə, həmçinin Aşağı Küngüt kənd sakinlərindən - Ayaz Qurbanov, Məmməd İsmayılov, Səlamət Səmədova, DOST MMC-nin sosial işçisi Vüsal Kərimov, Çapağan kənd ağsaqqalı Hikmət Lətifovla geniş söhbətlər aparılıb.

Hər üç kəndin adət-ənənələri, folkloru haqqında ətraflı məlumat toplanılıb.