AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təcrübə sahəsində calaq işləri başa çatdırılıb
Okt 06, 2023 | 11:00

10 avqust-25 sentyabr 2023-cü il tarixlərində Şəki Regional Elmi Mərkəzin “Bitkilərin biomüxtəlifliyi və genofond” şöbəsinin əməkdaşları tərəfindən yerli sortların qorunub-saxlanması məqsədilə Qax rayonunun Qaşqaçay, Armudlu, Əmbərçay kəndlərində həyətyanı sahələrdən meyvələrin calaqaltıları götürülüb. ŞREM-in Genofond bağının tinglik sahəsində əsasən alma, armud  və gavalının “T”şəkilli göz calağı aparılıb. Şöbənin baş aqronomu İlqar Seyidov tinglərin sahələrə köçürülməsinə bir il sonra başlanılacağını deyib. O qeyd edib ki, bu üsulla əldə edilən tinglər xəstəliklərə daha çox dözümlüdür. Bu işdə əsas məqsədin yerli sortların məhv olmasının qarşısının alınması olduğunu vurğulayıb.