Şəki Regional Elmi Mərkəzin “Tarix, arxeologiya və epiqrafika” şöbəsi tərəfindən etnoqrafik materialların toplanması işi davam etdirilir
Avg 29, 2023 | 12:00
28 avqust 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin böyük elmi işçisi Akif Məmmədli və kiçik elmi işçisi Aygül Xəlilova şöbənin tədqiqat istiqamətinə uyğun olaraq məlumatların toplanması məqsədilə Balakən rayonunda növbəti dəfə ekspedisiyada olublar.
Ekspedisiya zamanı “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin əməkdaşları tərəfindən yaşlı sakinlərlə fərdi söhbətlər aparılıb, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid qadın geyimlərinin və bəzək əşyalarının fotoşəkilləri çəkilib.