Şəki Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin avqust monitorinqi
Avg 12, 2023 | 12:00
Avg 12, 2023 | 12:00
12 avqust 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev tərəfindən Kiş çayının Damarçın qolu və onun ətraf ərazilərində ekoloji monitorinq aparılıb.
Monitorinq zamanı çayın mənbəyində sellərin əmələgəlmə şəraitinin öyrənilməsi üçün ölçmə işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə edilib, eyni zamanda çay məcrasının ətrafındakı təbiət abidələrindən biri olan “Meşəbaşı” şəlaləsinin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri aparılıb.