AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Beynəlxalq konfransda iştirak ediblər
Avg 16, 2023 | 04:00

16 avqust 2023-cü il tarixində ADPU-nun Şəki filialında AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Dil Komissiyası Yanında Monitorinq Mərkəzinin, ADPU-nun Şəki filialının, ADPU-nun Quba filialının və Bəxtiyar Vahabzadənin Ev-muzeyinin təşkilatçılığı ilə görkəmli istiqlal şairi, publisist, nasir, dramaturq, Türk dünyasının sevimlisi Bəxtiyar Vahabzadəyə həsr edilmiş “V Uluslararası Bahtiyar Vahapzade Türk Dünyası Tarih, Kültür ve Edebiyyat Konqresi” keçirilib. Konfransda ölkənin müxtəlif bölgələrindən olan azərbaycanlı ziyalılarla yanaşı, Türkiyə Cümhuriyyəti, həmçinin müxtəlif türkdilli ölkələrdən qonaqlar iştirak ediblər. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi katibi Elşən Abdurahmanov, Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova, “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin əməkdaşı Habil Xəlilov, “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Reyhan Mənəfova məruzələrlə çıxış ediblər. Əməkdaşlarımıza uğurlar arzulayırıq. Tədbirin bədii hissəsi Bəxtiyar Vahabzadənin Ev-muzeyində davam edib.