Şəkinin orta əsrlər tarixinə həsr edilən dəyərli və elm tutumlu tədqiqat əsəri nəşr olunub
İyn 25, 2023 | 10:00
İyn 25, 2023 | 10:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Tarix irs və etnoqrafiya” şöbəsinin rəhbəri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Rahim Həsənovun və tanınmış, nüfuzlu media nümayəndəsi, tədqiqatçı jurnalist Aydın Məmmədovun müəllifliyi ilə Şəkinin qədim dövlətçilik tarixini əks etdirən, arxiv materialları və qəzet məqalələri əsasında tərtib edilən “Şəkinin orta əsrlər tarixi” kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitab XX əsrdə yaşamış əslən Cənubi Azərbaycandan olan tarixçi, tərcüməçi Tağı Musəvinin 1960-1976-cı illərdəki elmi fəaliyyətinin nəticəsi olaraq ərsəyə gəlib. Kitabda təqdim olunan məlumatlar Şəkinin tarixən qədimdən formalaşmış və təşəkkül tapmış dövlətçilik ənənələrinin mövcudluğuna işarədir.
Kitab dövlətçiliyin inkişafında və Azərbaycanın müstəqilliyinin bərpasından sonra dünya birliyində aparıcı yer tutmasında danılmaz rol oynayan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Kitab geniş oxucu kütləsi və elmi ictimaiyyət üçün nəzərdə tutulub. Müəlliflərə gələcək elmi fəaliyyətlərində uğurlar arzu edirik.








