Şəki REM-in akt zalında “26 iyun- Silahlı Qüvvələr Günü” və müqəddəs “Qurban bayramı” münasibətilə tədbir keçirilib
İyn 25, 2023 | 03:00

25 iyun 2023-cü il tarixində  Şəki REM-in akt zalında “26 iyun- Silahlı Qüvvələr Günü” və müqəddəs  “Qurban bayramı” münasibətilə tədbir keçirilib

         25 iyun 2023-cü il tarixində Şəki REM-in akt zalında “26 iyun- Silahlı Qüvvələr Günü” və müqəddəs  “Qurban bayramı” münasibətilə tədbir keçirilib. Tədbiri açan Şəki REM-in direktoru fiz.ü.f.d., dosent Y.H.Şükürlünün təklifi ilə ilk olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan həmvətənlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

       Tədbirin davamı olaraq “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov 26 iyun-Silahlı Qüvvələr günü, bu günə aparan şərəfli yol, ordu quruculuğu haqqında məruzə ilə çıxış edib.

       Bundan sonra “Tarixi irs və etnoqrafiya” şöbəsinin əməkdaşı H.Xəlilov “Qurban bayramı” münasibətilə iştirakçıları təbrik etmiş, bu bayramın müqəddəsliyindən, qurban ibadətinin mahiyyətindən bəhs etmişdir.