AMEA-nın Şəki REM-nin növbəti Elmi şura yığıncağı keçirilib
May 30, 2023 | 12:00

30 may 2023-cü il tarixində AMEA-nın Şəki REM-nin növbəti Elmi şura yığıncağı keçirilib. Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü gündəlikdəki məsələlər barədə Elmi şura iştirakçılarını məlumatlandırıb, gündəlik səsə qoyularaq qəbul edilib. Dosent Y.Şükürlü Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev, lider, zaman və müasirlik” mövzusunda AMEA Rəyasət Heyətinin Ümumi yığıncağının xüsusi iclası haqda məlumat verib. O bildirdi ki, Ümumi yığıncaq beynəlxalq elmi konfrans formatında, yüksək səviyyədə təşkil olunub. Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Milli Məclisin deputatları, görkəmli ictimai-siyasi xadimlərlə yanaşı, Türkiyə, Gürcüstan, Türkmənistan kimi ölkələrin nüfuzlu alimləri, təhsil işçiləri iştirak ediblər. Ümumi yığıncaqda Şəki REM 4 əməkdaşı ilə iştirakçı qismində təmsil olunub.

Sonra gündəlikdəki digər məsələlər- AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli 2/12 saylı Qərarı ilə Şəki REM tərəfindən təşkil ediləcək beynəlxalq konfrans, AMEA Rəyasət Heyətinin AMEA-nın 2022-ci il üzrə elmi və elmi təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr haqqında 16 mart 2023-cü il tarixli 1/1 saylı qərarının 3.14. və 3.22. bəndlərinin Şəki Rem-də icrası ilə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.