İyn 14, 2023 | 12:00
14 iyun 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzin akt zalında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması və 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru fiz.ü.f.d., dosent Yusif Şükürlü əməkdaşları “Milli Qurtuluş Günü” münasibətilə təbrik edib. O öz çıxışında Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçilik siyasətindən, Azərbaycan xalqının xilaskarına çevrilməsindən habelə Azərbaycanın sosial-iqtisadi inkişafından, xarici siyasətinin yenilənməsindən bəhs edib.
Tədbirin davamı olaraq AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi katibi Elşən Abdurahmanov “Milli dövlətçiliyin inkişafı:qurtuluşa aparan yol” adlı məruzə ilə çıxış edib. Abdurahmanov xalq hərəkatının sistematikliyi, uğurları, həmçinin H.Əliyevin fəaliyyət istiqaməti, həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
Daha sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsinin böyük elmi işçisi, coğ.ü.f.d. Qafqaz Ağabalayev “Azərbaycanda Heydər Əliyevin aqrar siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O Heydər Əliyevin kənd təsərrüfatına göstərdiyi qayğıdan, geniş tədbirlər planının hazırlanmasından, ilk heyvandarlıq kompleksinin tikilib istifadəyə verilməsindən, iqtisadiyyatda yeni inkişaf mərhələsinin başlanmasından, həmçinin kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlardan bəhs edib.
Yekunda Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanmış və mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır.