“Beynəlxalq Muzeylər Günü”
May 18, 2023 | 12:00

18 may dünyada “Beynəlxalq  Muzeylər  Günü” kimi qeyd olunur. Bu münasibətlə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində yerləşən  ev muzeyində  “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” adlı tədbir təşkil olunmuşdur.  Tədbirdə AMEA-nın  Şəki REM-in  “Folklorşünaslıq və el sənətləri” şöbəsinin  rəhbəri  İradə  Yusifova,  aparıcı  elmi  işçi  Ulduz  Mürşüdova, elmi işçi Təranə Abdullayeva və “Elmi-texniki informasiya” şöbəsinin baş mütəxəssisi Günel Musayeva iştirak ediblər. Tədbirdə muzeyin direktoru Elşən Zəkəriyyəbəyli  Bəxtiyar Vahabzadənin ev muzeyinin fəaliyyəti, il ərzində görülən işlər, muzeyi ziyarət edən yerli və xarici qonaqların görkəmli ədibin  yaradıcılığına olan marağından, sevgisindən bəhs edib.  Xalq şairinin əsərlərindən parçalar səsləndirilib, belə əhəmiyyətli  tədbirlərin  mütəmadi  olaraq təşkil olunması vurğulanıb.