“Heydər Əliyev–ümumdünya tarixinin azərbaycanlı dahisi” adlı tədbir keçirilib
May 05, 2023 | 12:00

4 may 2023-cü il tarixində Zaqatala rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Zaqatala İslam Kollecinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Zaqatala rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  “Heydər Əliyev–ümumdünya tarixinin azərbaycanlı dahisi” adlı tədbir keçirilib. Tədbirdə Zaqatala İslam Kollecinin müəllim və tələbə heyəti, Zaqatala rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, AMEA-nın Şəki REM-nin alim və mütəxəssisləri, Zaqatala rayonunun təhsil işçiləri, ziyalılar və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Zaqatala İslam Kollecinin direktoru Anar Qurbanov və AMEA-nın Şəki REM-nin elmi işlər üzrə direktor müavini Fərhad Əzizov açaraq,  tədbirin mahiyyəti haqqında iştirakçıları məlumatlandırıblar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Jurnalistlər  Birliyinin üzvü, ped.ü.f.d. Həşim İsmayılov  “Ulu öndər Heydər Əliyevin həyatı və yaradıcılığı”, Zaqatala rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin hamisidir”,  AMEA-nın Şəki Regional Elmi Mərkəzinin  “Tarixi irs və etnoqrafiya” şöbəsinin  elmi işçisi və  Zaqatala İslam Kollecinin təfsir müəllimi Ələddin Sultanov “Heydər Əliyev və Azərbaycanda islami dəyərlərin  təbliği”, AMEA-nın Şəki REM-nin “Tarixi irs və etnoqrafiya şöbəsi”nin rəhbəri Rahim Həsənov “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, Zaqatala rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Samirə  Hümbətova “Heydər Əliyev və mədəniyyət”, AMEA-nın Şəki REM-nin “Folklorşünaslıq və el sənətləri”  şöbəsinin  kiçik elmi işçisi, “Gənc alim və mütəxəssislər şurası”nın sədri  Tural Adışirinov  “İnsan kapitalının inkişafı və istedadlı gənclərə qayğı Heydər Əliyev siyasətinin prioriteti kimi” adlı məruzələri dinlənilib. Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Dəyərlərimizin xilaskarı” adlı film nümayiş olunub.

Tədbirə Zaqatala rayon Mədəniyyət Mərkəzinin “Söz Dünyası Bədii Qiraət dərnəyi”nin üzvləri tərəfindən hazırlanan  “Biz Heydər babanın nəvələriyik” adlı ədəbi-bədi kompozisiya ilə yekun vurulub.