20 aprel 2023-cü il tarixində Şəki REM-in Akt zalında Ramazan bayramı münasibətilə tədbir təşkil olunub
Apr 20, 2023 | 12:00

20 aprel 2023-cü il tarixində Şəki REM-in  Akt zalında Ramazan bayramı münasibətilə tədbir təşkil olunub. Tədbiri açan Şəki REM-in direktoru fiz.ü.f.d., dosent Y.H.Şükürlü əməkdaşları müsəlman dünyasının müqəddəs bayramı olan Ramazan bayramı münasibərilə  təbrik edib, səmimi arzularını çatdırıb.

Şəki REM-nin əməkdaşı Habil Xəlilov Ramazan bayramının  mahiyyəti, onun tarixi haqda  məlumat verib. Oruc ibadəti haqqında  “Qurani-Kərimdə” yer alan ayələri və hədisləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Onuc  ibadətinin  islam dinindən əvvəlki təktanrılı dinlərdəki yerindən, xüsusiyyətindən bəhs edib. H.Xəlilov milli-mənəvi dəyərlərin qorunması və təbliği  istiqamətində aparılan dövlət siyasətini, Azərbaycanda mövcud multikultiral mühitin nümunəvi  xarakterini diqqətə çatdırıb.