AMEA-nın Şəki REM-nin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri biol.ü.f.d., dosent Qüdürət Bəkirov 9-15 aprel 2023-cü il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İpəkçilik institutunda elmi ezamiyyədə olub
Apr 17, 2023 | 04:00

AMEA-nın Şəki REM-nin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri biol.ü.f.d., dosent Qüdürət Bəkirov 9-15 aprel 2023-cü il tarixlərində  Özbəkistan Respublikasının Daşkənd şəhərində İpəkçilik institutunda elmi  ezamiyyədə olub. Ezamiyyə zamanı Daşkənd İpəkçilik İstitutunun “Seleksiya” şöbəsində elmi tədqiqat işləri haqda məlumat əldə edilib, tədqiqatçı və  ipəkçi alimlərlə, həmçinin professor Baxtiyar Ubaydullayev  ilə tut ipəkqurdunun yeni sortların yaradılması  haqqında müzakirələr aparılıb.

Ezamiyyə zanmanı  İpəkçilik  İnstitutunun  “Biokimya” şöbəsinin müdiri professor Madyarovla süni yemin hazırlanması və süni yemlə tut ipəkqurdunun yemləndirilməsi, “Genetika” şöbəsində professor A.B.Yakubov və E.A.Yarkina ilə partaklonun yaradılması, “Tut  ipəkqurdunun xəstəlikləri” şöbəsinin müdiri professor İsmatullayeva Dilarom Adilovna ilə tut ipəkqurudunun xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparılıb və xəstəliklərin yaranması və profilaktikası haqqında müzakirələr edilib.

Eyni zamanda Şəki Regional Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsində rayonlaşdırılmış ŞZEM-4, GE-143, Yaqub və Çingiz cinslərindən Daşkənd İpəkçilik İnstitutunun “Seleksiya” şöbəsinə təqdim edilib və mübadilə etmək məqsədilə onlardan ORZU, Yulduz 3, GÖZƏL, Marxamat, Asaka, Marvarid, Gülşən, Nəfis cinslərinin nümunələr və eyni zamanda sənaye yemləməsi üçün 10 qutu tut ipəkqurdu toxumu alınıb.

Elmi ezamiyyə 2023-cü ilin yanvar ayında Özbəkistanın “İpəkçilik” İnstitutu ilə Şəki Regional Elmi Mərkəzi arasında imzalanmış müqavilənin şərtlərinə əsasən yerinə yetirilib.