AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə “8 mart Beynəlxalq Qadınlar Günü” nə həsr edilmiş tədbir keçirilib
Mart 07, 2023 | 12:00
07 mart 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə “8 mart Beynəlxalq Qadınlar Günü” nə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, f.ü.f.d., dosent Y.H.Sükürlü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarını rəsmi təbrik çıxışını səsləndirib. O öz adından və Şəki REM-in kollektivi adından qadın əməkdaşları təbrik edib, fəallığı ilə seçilən qadın əməkdaşların əmək fəaliyyətini yüksək qiymətləndirib.
Mərkəzin Elmi işlər üzrə direktor müavini biol.ü.f.d., Fərhad Əzizov Mərkəzdə çalışan qadınların Azərbaycan cəmiyyətində tutduğu fəal ictimai mövqeyindən, ŞREM-in fəaliyyətində qadın əməkdaşların imkan daşıyıcılıq funksiyalarını şərəflə icra etmələrindən qürur hissi ilə söz açıb, onlara elmi fəaliyyətlərində uğurlar diləyib.
“Ekoloji biofizika” şöbəsinin rəhbəri Yevgeniya Bəkirova ŞREM-in qadın əməkdaşlarının timsalında bütün Azərbaycan qadınlarını təbrik edib, onlara ən xoş arzularını ünvanlayıb.
“Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İradə Yusifova ŞREM-in qadın əməkdaşları adından rəhbərliyə və Həmkarlar Təşkilatına göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Şəki REM-in Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev qadınları təbrik edib, onlara elmi fəaliyyətlərində və şəxsi həyatlarında uğur və xoşbəxtlik diləyib.
Şəki Regional Elmi Mərkəzinin “Sənədlərlə iş’’ şöbəsinin müdiri Namiq Abdurahmanov öz təbriklərini və səmimi arzularını çatdırıb.
Tədbirin sonunda “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi Reyhan Mənəfova çıxış edərək, öz səmimi arzularını və təbriklərini qadın əməkdaşlarla bölüşüb, “Qadın ürəyi” şeirini səsləndirib.
Şəki REM-in qadın əməkdaşlarına Həmkarlar Təşkilatının hədiyyələri təqdim olunub.