
12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü
Dek 12, 2022 | 11:00
Dek 12, 2022 | 11:00
12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə AMEA- nın Şəki REM-nin akt zalında tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü bildirib ki, 12 dekabr xalqımızın Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edilir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. O, Ümummilli lideri Heydər Əliyevi müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi qeyd edib.
Daha sonra, Elmi Mərkəzin əməkdaşları “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Yusifova, “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri R. Həsənov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, "Folkorşünaslıq və el sənətləri" şöbəsinin elmi işçisi Tural Adışirinov çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildiriblər.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş olunub.