AMEA-nın Şəki REM-nin Akt zalında “ZƏFƏR GÜNÜ” və “DÖVLƏT BAYRAĞI GÜNÜ”münasibətilə tədbir keçirilib
Noy 05, 2022 | 12:00

05 noyabr 2022 -ci il tarixində AMEA-nın Şəki REM-nin Akt zalında “ZƏFƏR GÜNÜ” və “DÖVLƏT BAYRAĞI GÜNÜ”münasibətilə tədbir keçirilib. Açılışı ŞREM-in rəhbəri fiz.ü.f.d.,dosent Y.H.Şükürlü “Qarabağ müharibəsinin qəhrəmanları” mövzusunda çıxış edib.II Vətən müharibəsində əldə edilən qələbə münasibətilə əməkdaşları təbrik edib. Bu tarixi zəfərin əldə edilməsində Azərbaycan Respublikası prezidenti, müzəffər ali baş komandan İlham Əliyevin yeritdiyi hərbi-siyasi doktrinanın, şəhidlərin və qazilərimizin fədarkarlığına, xalqın birliyinin mühüm rol oynadığını qeyd edib. II Qarabağ müharibəsində şəhid olan həmvətənlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Elmi mərkəzin “Landşaftşünaslıq” şöbəsinin rəhbəri geo.min.ü.f.d.H. Mustafabəyli çıxışında 30 –ilə yaxın bir dövrdə ermənilərin Qarabağ bölgəsində apardığı terror siyasəti nəticəsində Azərbaycana vurulan iqtisadi, maddi, mənəvi yaraların bu qələbənin qazanılması ilə tədricən aradan qaldırılacağını, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində həmin torpaqlarda yenidən intensiv həyatın, yaşayışın bərpa ediləyəcinə ümidvar olduğunu qeyd etdi. Sonra II Qarabağ müharibəsi iştirakçısı, silahlı qüvvələrin ehtiyyatda olan zabiti, Şəki REM-in redaktoru Ruslan Səmədov döyüş xatirələrindən, əsgər və zabitlərimizin döyüş ruhundan, cəsarətindən bəhs etdi. Daha sonra “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Yusif Rəhimov II Qarabağ müharibəsində üç övladının ön cəbhədə- ikisi jurnalist, bir oğlu isə peşəkar hərbiçi zabit kimi iştirak etdiyini qeyd etdi. O, övladlarının döyüş xatirələrindən bəhs edərək ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsəd, hərbi – texniki təminatın yüksək səviyyədə olması, qələbənin yeridilən siyasətin məntiqi nəticəsi olduğunu vurğuladı. Tədbirin sonunda 44 günlük Vətən Müharibəsində fəal iştirakçına görə, AMEA-nın Şəki REM-nin əməkdaşı, baş leytenant Ruslan Səmədov “FƏXRİ FƏRMAN”- la təltif olunub.