“18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü” münasibəti ilə tədbir keçirilib
Okt 18, 2022 | 12:00
18 oktyabr 2022-ci il tarixdə AMEA-nın Şəki REM-də “18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü” münasibəti ilə tədbir keçirilib. İlk öncə dövlətimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu sükutla yad olunub.
Tədbiri açan Şəki REM-in direktoru fiz.ü.f doktoru, dosent Yusif Şükürlü tədbir iştirakçılarını təbrik edərək, bu günün tariximizdə əlamətdar hadisələrdən biri kimi qeyd edilməsinin əhəmiyyətindən bəhs edib. Natiq çıxışında ümummilli lider H.Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə həyata keçirilən siyasətin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində xüsusi önəm daşıdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, müzəffər ali baş komandan cənab İlham Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı məqsədyönlü fəaliyyətə diqqət çəkilib.
Geo.min.ü.f. doktoru Hüseyn Mustafabəyli çıxış edərək dövlət müstəqilliyinin bərpasına aparan yola nəzər salıb.