AMEA-nın Şəki REM-in əməkdaşları Beynəlxalq konfransda təmsil olunmuşlar
Sen 28, 2022 | 11:34
24-26 sentyabr 2022-ci il tarixlərində AMEA-nın tərəfdaş olduğu Türkiyənin İzmir şəhərində Kültür ve Genclik İnstitutunun təşkil etdiyi “VII Uluslararası Deyişen Dünyada Fen, Sosyal, Sağlık Bilimleri kongresində” AMEA-nın Şəki REM-in əməkdaşları, elmi işlər üzrə direktor müavini b.ü.f.d. Fərhad Əzizov, “Bitkilərin genefondu və biomüxtəliflik” şöbəsinin elmi işçisi Məkkə Feyzullayeva, b.aqronom İlqar Seyidov və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının müdiri Cosqun Məmmədovun həmmüəllif olduğu “Azərbaycanın şimal-qərb bölgəsinin Şəki rayonu Baş Şabalıd biogeosenozunun ekoloji-senotik qiymətləndirilməsi”, mərkəzin elmi katibi Elşən Abduramanov “Şəkinin antik erkən orta əsr küp qəbirləri (Qafqaz Albaniyasının Şəki vilayəti ərazisində aparılan arxeoloji qazıntılar əsasında)”, “Biofizika” şöbəsinin elmi işçisi Vəfa Atayeva “Payız yarpaqlarından antosianinlərin optimal ekstraksiyası”, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin elmi işçisi Təranə Abdullayeva “Azərbaycanın şimal-qərb bölgəsindən toplanan lirik folklor örnəklərində əhalinin məşğuliyyəti” və “Elmi-texniki informasiya” şöbəsinin baş mütəxəssisi Günel Musayeva “İstiqlal şairləri – Məhməd Akif Ərsoy və Bəxtiyar Vahabzadə yaradıcılığında milli dövlətçilik ideyaları” adlı məruzələri ilə Zoom platforması üzərindən onlayn iştirak etmişlər.
Əməkdaşlarımızın məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.