“28 May Respublika günü” ilə əlaqədar AMEA-nın Şəki REM-nin akt zalında tədbir keçirilib
May 27, 2021 | 03:00

Tədbiri giriş sözü ilə açan Şəki REM-nin direktoru, f.ü.f.d., dosent Y.H.Şükürlü “28 May Respublika günü”nün, ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən ərazi bütövlüyümüzün təmin edilməsindən sonra daha böyük həvəslə və qürurla qeyd edildiyindən bəhs etdi. Sonra məruzə üçün AMEA Şəki REM-nin baş elmi işçisi, professor Firədun İbrahimova söz verildi. Natiq çıxışında AXC-nin yaranması ərəfəsində baş verən ictimai-siyasi proseslər, Cənubi Qafqazda mövcud vəziyyət, gərginliyin aradan qaldırılmasında Zaqafqaziyada yaradılan qurumların acizliyi, türk-müsəlman əhaliyə qarşı törədilən təxribatlar haqda məlumat verdi. AXC-nin həyata keçirdiyi sosial-iqtisadi, mədəni quruculuq siyasəti, onun mahiyyəti, qonşu dövlətlərlə, o cümlədən beynəlxalq subyektin üzvü olan dövlətlərlə yaratdığı əlaqələrdən bəhs etdi. Daha sonra məruzə ətrafında təqdim edilən suallar cavablandırıldı.