Əməkdaşımız AMEA-nın Folklor İnstitutunda təşkil olunan konfransda iştirak etmişdir
May 26, 2021 | 12:00

AMEA Folklor İnstitutu 24-25 may tarixində "Aşıq Ələsgər: sazın sehri, sözün şöhrəti" adlı Beynəlxalq elmi konfrans keçirmişdir. Konfransda AMEA Şəki REM-in "Folklorşünaslıq və el sənətləri" şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov "Aşıq Ələsgər obrazı dastan-rəvayətlərdə" məruzəsi ilə çıxış etmişdir. Məruzədə o həmçinin Aşıq Ələsgər yaradıcılığının Balakən-Şəki aşıqlarının şeiriyyətinə təsiri ilə bağlı maraqlı məqamlara toxunmuşdur. Məruzə maraqla qarşılanmış, məruzənin mətni konfrans materiallarına daxil edilmişdir.