AMEA Şəki REM-də Şəki ədəbi mühitinin tədqiqi davam etdirilir
May 07, 2021 | 04:52
AMEA Şəki REM-də Şəki ədəbi mühitinin tədqiqi davam etdirilir
Şəki REM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov uzun illərdir ki, Şəki ədəbi mühitinin tədqiqi ilə məşğuldur. Onun bu sahənin tədqiqi ilə bağlı bir neçə monoqrafiyası, onlarla məqaləsi, eləcə də Şəki ədəbi mühitinin təmsilçilərinin yaradıcılığının əks olunduğu bir neçə tərtib kitabı artıq oxucuların ixtiyarına verilmişdir. 2021-ci ilin ilk aylarında Kamil müəllimin əməyinin nəticəsi olan daha bir neçə məqalə nüfuzlu elmi nəşrlərdə işıq üzü görmüşdür. Onun “Bлияния Шекинского театра на формировании литературно-культурной среды города Шеки в Азербайджане в 70-90-х годов ХХ века” (“Şəki teatrının XX əsrin 70-90-cı illərində Azərbaycanın Şəki şəhərində mədəniyyətin formalaşmasına təsiri”) adlı məqaləsi Belqorod Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun elmi nəşri olan “Наука. Искусство. Культура” jurnalında (1 (29) 2021), “Из истории театрального искусства в городе Шеки во второй половине XIX - начале XX века” (“XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Şəkidə teatr sənətinin inkişafı tarixinə dair”) məqaləsi Kemerovo Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Xəbərləri»ndə (542021), “Yaqub Mahirin əsərlərində bədii təsvir və ifadə vasitələrinin işlənməsi” adlı digər məqaləsi isə Azərbaycan Universitetinin “İpək yolu” jurnalında (№1. 2021) çap olunmuşdur. Kamil müəllimi təbrik edir, tədqiqatlarının davamlı olmasını arzu edirik.