Şəki REM-in qadın əməkdaşları fəxri fərmanla təltif olunmuşlar
Mart 19, 2021 | 11:13

5 mart 2021-ci il tarixində AMEA-nın Rəyasət Heyəti və Akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirilmişdir. Həmin tədbirdə Şəki REM-in qadın əməkdaşları da təmsil olunmuşlar. Məruzə və çıxışlarda qadınların cəmiyyətimizin həyatında rolundan, əldə etdikləri uğurlardan da söz açılmış,  elmi və ictimai fəaliyyətinə görə Akademiyanın müxtəlif struktur bölmələrində işləyən 100-ə yaxın qadın əməkdaş AMEA-nın Fəxri fərmanları ilə təltif edilməsi ilə bağlı məlumat verilmişdir. Təltif olunanlar içərisində Şəki REM-in Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi Zərintac Şükürova və Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri Pakizə Əliyeva da yer almışdır.

19 mart 2021-ci il tarixində AMEA Yer Elmləri Bölməsinin İclasında bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov tərəfindən bir qrup qadın əməkdaşa, o cümlədən Şəki REM-in əməkdaşları Z.Şükürova və P.Əliyevaya Fəxri fərmanlar təqdim olunmuşdur. Əməkdaşlarımız göstərilən etimada görə AMEA rəhbərliyinə öz təşəkkürlərini ifadə etmişlər.