Qarabağ Azərbaycandır!
Okt 08, 2020 | 01:00

Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzin kollektivi nüfuzlu Beynəlxalq qurum kimi qəbul edilən, dövlətlərarası münaqişələrin həllində söz sahibi olan BMT tərəfindən tanınan Azərbaycanın ərazilərinin 20 %-ni işğal edən və 30 ildən artıq bir müddətdə işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyatları dəstəkləyir və Azərbaycanın haqq işinin bərpasına yönəldilmiş Vətən müharibəsində Prezidentimizin və Ordumuzun yanında olduğumuzu bildirir, öz elmi nəaliyyətlərimiz və uğurumuzla layiqli tövhəmizi verəcəyimizi bildiririk.

Ləyaqətli və güclü Azərbaycan Ordusu, onun peşəkar, qətiyyətli və vətənpərvər zabit heyəti və əsgərləri tərəfindən Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əmin olduğumuzu bildiririk.

Azərbaycanın haqq işi yolunda həyatını itirən bütün mülki və hərbi vətəndaşlarımıza Allahdan rəhmət diləyir, vəzifəsindən və rütbəsindən asılı olmayaraq bütün hərbiçilərimizə uğurlar arzulayırıq.

AMEA Şəki Regional Elmi Mərkəzin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş təşəbbüsə qoşularaq öz əmək haqqlarından orduya kömək məqsədilə vəsaitin köçürülməsini qərara almışlar.