17 yanvar 2020-ci il tarixində ŞREM-in növbəti Elmi Şurası keçirilmişdir
Yan 17, 2020 | 11:15

       17 yanvar 2020-ci ildə AMEA ŞREM-in növbəti iclası keçirilmişdir. Elmi Şura iclasının müzakirəsinə iki məsələ çıxarılmışdır. İlk olaraq “Şəki Regional Elmi Mərkəzin şöbələrinin və elmi işçilərinin iş planlarının təsdiqi ilə bağlı məsələ müzakirəyə verilmişdir. Şurada ŞREM-in bütün şöbələrinin  rəhbərləri qarşıdan gələn 2020-2024-cü illər üçün beşillik iş planlarının layihələrinin müzakirəsi diskussiyaların mövcudluğu ilə müşayiət olunmuşdur.İkinci məsələni – “AMEA Rəyasət Heyətində Şəki Regional Elmi Mərkəzin 2019-cu il üçün hesabatının ilkin variantda təqdimatı” başlığı ilə ŞREM-in direktoru, dosent Y.H.Şükürlü təqdim etmişdir. Bu məsələ ətrafında müzakirələrdə Elmi Şura yığıncağının üzvləri fəallıq nümayiş etdirmişlər.

       Elmi Şura yığıncağında bir sıra məsələlərə münasibət bildirilmişdir.