Şəki şəhərində 6 dekabr 2019-cu il tarixdə ağacəkmə aksiyası keçirilib
Dek 06, 2019 | 03:57

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində  Şəki şəhərində ağacəkmə aksiyası keçirilib.

Azərbaycan tarixində ilk dəfə olaraq bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Şəki şəhərinin sakinləri tərəfindən böyük maraqla qarşılanıb.  Ağacəkmə aksiyası Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib.

Aksiyada ağac əkmək təşəbbüsü rəğbətlə qarşılayan AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fiz.ü. PhD, dos.Y.H.Şükürlü və kollektivi iştirak edib və  ağac tingi əkiblər.