18.10.2018-ci il tarixdə AMEA ŞREM-də dövlət mütəqilliyinin 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Okt 18, 2018 | 02:54

18 oktyabr –Dövlət Müstəqilliyi Günü  ilə əlaqədar keçirilən tədbir Dövlət himni ilə başlayıb. Sonra “Azərbaycan dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda çıxış edən ŞREM-in direktoru f.r.Phd, dosent Y.H.Şükürlü müstəqilliyimizin bərpasının 27-ci  ildönümü ilə bağlı təbriklərini çatdırıb. Bildirib ki, bu illərdə Azərbaycan Respublikası dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerini tutub və hazırda tarixin ağır sınaqlarından çıxan respublikamız özünəməxsus inkişaf yolu ilə inamla irələyir. Sonra o əsası ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini tarixi faktlarla izah edib.

“Ekolojiya coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində umumilli lider H.Əliyevin önəmli fəaliyyət göstərdiyini, idarəkilik institutlarının formalaşdırdığını xüsusi qeyd etdi. 

Daha sonra “Landşaftşünaslıq” şöbəsinin rəhbəri g.m.PhD, H.L.Mustafabəyli çıxış edərək dövlət müstəqilliyinin bərpa edilməsində xalq və hakimiyyət tondeminin önəmli faktlar olduğunu vurğuladı.