08.05.2018-ci il tarixdə AMEA ŞREM-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
May 08, 2018 | 11:09

         Tədbiri giriş sözü ilə açan ŞREM-in direktor müavini biologiya üzrə PhD Fərhad Əzizov bildirdi ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

           Daha sonra ŞREM-in baş elmi işçisi , professor Firədun İbrahimov çıxış edərək dahi liderin nitq və çıxışlarında, pedaqoji ictimaiyyətlə görüşlərində təhsilin bütün pillələrini əhatə edən ən zəruri, aktuallığı ilə hamını düşündürən məsələlərə toxunduğunu, təhsilin məzmunu, idarə olunması, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə konseptual müddəlar irəli sürməklə dövrünə görə təhsil sistemi işçiləri qarşısında dayanan ən ümdə vəzifələrə aydınlıq gətirdiyini diqqətə çatdırdı.

          ŞREM-in “Ekoloji Coğrafiya” şöbəsinin elmi işçisi Aygün İsmayılova Azərbaycanın Beynəlxalq aləmdə böyük nüfuz qazanması bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu, gənc nəslin müasir tələblər zəmnində təhsillənməsi, gənclərin bilik və intelektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi ulu öndərimizin daim düşündüyü mövzular olduğunu diqqətə çatdırdı.