AMEA Şəki Regional Elmi Mərkəzdə Xocalı soyqırmının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirildi
Fev 26, 2018 | 12:08

      Tədbiri giriş sözü ilə AMEA ŞREM-in direktoru, f.r. üzrə PhD,dosent Y.H.Şükürlü açaraq 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələrinin  SSRİ-i dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin koməkliyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törətdiyindən və bu cinayətin ağır nəticələrindən danışdı. Bildirdi ki, Xocalının işğalı zamanı bir gecədə 613 nəfər  xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, 1275- nəfər əsir  götürülmüş,  minlərlə əhalisi olan Xocalı şəhəri yerlə yeksan edilmişdi.

      Tədbirdə AMEA ŞREM-in “Landşaftşünaslıq” şöbəsinin rəhbəri g.m. üzrə PhD H.Mustafabəyli, “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri R.Həsənov, “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov və başqaları çıxış edərək Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılmasını, Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu diqqətə çatdırdılar.

       Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.