Tel. | (050) 392 03 85 | |
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | biologiya üzrə fəlsəfə doktoru, dosent | |
İşçilərin ümumi sayı | 11 | |
Əsas fəaliyyət istiqamətləri | İnnovasiya əsaslı iqtisadi yüksəlişin nəzəriyyə və metodologiyasının inkişaf etdirilməsi. AMEA Şəki Regional Elmi Mərkəzində yaradılmış, patentləşdirilmiş və rayonlaşdırılmış hibridlərin əsasında tut ipəkqurdunun damazlıq toxum fondunun yaradılması. Regionda ipəkçiliyin inkişafı üçün yem bazasının yaradılması məqsədilə yerli və xaricdən alınan çəkil sortlarından istifadə etməklə, ipəkçilik üzrə müasir “Aqropark” yaradılması üçün tövsiyyələrin hazırlanması. “Şəki-Zaqatala” bölgəsinin şəraitinə uyğun, xəstəliyə davamlı, istehsalatın tələblərinə cavab verə bilən yeni, yüksək məhsuldar tut ipəkqurdu cins və hibridlərinin yaradılması | |
Əsas elmi nəticələri | AMEA-nın Şəki REM-i AMEA Rəyasət Heyətinin 20 dekabr 2017-ci il 14/10 saylı Qərarı ilə Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın gerçəkləşdirilməsi məqsədi ilə təsdiq edilmiş “Təbirlər Planı”nı üzrə mövcud maddi-texniki imkanlar əsasında yeni yaradılmış məhsuldar “Yaqub”, “Çingiz” cinslərinin və “Çingiz x Yaqub”, “Yaqub x Çingiz” hibridlərinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi yanında “Bitki sortlarının qeydiyyatı və Toxum nəzarəti üzrə dövlət xidməti” idarəsi tərəfindən patentləşdirilməsinə qərar və bu tut ipəkqurdu cins və hibridlərinin təsərrüfatlarda tətbiqinə dair təkliflər hazırlanıb Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir. 2011-ci ildə İpəkçilik laboratoriyası tərəfindən yetişdirilən ŞZEM-4xGE 143; Gel143x ŞZEM hibridlərinə Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Mühafizəsi və Təsdiqi İdarəsi tərəfindən dörd patent: 00141; 00142; 00143; 00144 və dörd müəlliflik şəhadətnaməsi verilmişdir. Bolqarıstandan gətirilmiş 3 hibrid üzərində süni yem tətbiq etməklə tədqiqat işləri davam etdirilmiş, alınmış barama və ipək sapının texnoloji və bioloji göstəriciləri təyin edilmişdir. Müəyyən olunmuşdur ki, süni yemlə qidalanan hibridlərin bioloji və texnoloji göstəriciləri, tut yarpağı ilə bəslənən yerli- rayonlaşmış tut ipəkqurdu cinslərinin göstəricilərindən geri qalmır. AMEA Şəki REM-in “Tut İpəkqurdunun Seleksiyası” şöbəsində Azərbaycanın Şimal-qərb regionunda yabanı ipəkqurdlarının axtarışı üzrə 2019-cu ilin ilkin yaz mövsümündə regionun müxtəlif ərazilərində çöl-tədqiqat və bioaraşdırma işləri təşkil edilmiş, nəticədə vəhşi Böyük tovuzgözlü “Saturnia pyri” ipəkqurdunun kəpənəkləri aşkar edilərək, tədqiqata cəlb olunmuşdur. İpəkçilik laboratoriyasında aparılan işin istiqamətlərindən biri də bölgədə ipəkçiliyin tarixinə dair araşdırmalar aparılmasıdır. Bu işin nəticəsi kimi 2007-ci ildə mərkəzin əməkdaşları tərəfindən “Şəki ipəyi uzaq karvan yollarında” kitabı hazırlanmış və çap olunmuşdur. Şöbənin əməkdaşları 9-si beynəlxalq olmaqla 15-dan çox elmi konfransda iştirak etmişlər. |