Şəki Regional Elmi Mərkəzdə illik hesabatlar dinlənilib
Noy 16, 2026 | 12:57
16 noyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində mərkəzin 8 elmi-tədqiqat şöbəsinin 2026-cı il üzrə illik hesabatlarının dinlənilməsi keçirilib.
Hesabatda elmi-tədqiqat şöbələrinin rəhbərləri iş planına əsasən il ərzində həyata keçirilən elmi-tədqiqat işləri, əldə olunan elmi nəticələr, nəşr fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Bununla yanaşı, şöbələrin əməkdaşlarının elmi konfranslarda, seminarlarda, simpoziumlarda və müxtəlif ictimai tədbirlərdə iştirakı, həmin tədbirlərdə elmi məruzə və çıxışlarla təmsil olunmaları, elmi biliklərin təbliği istiqamətində gördükləri işlər də diqqətə çatdırılıb.
Hesabatların dinlənilməsi zamanı aparılan elmi araşdırmaların nəticələri müzakirə olunub, şöbələrin fəaliyyəti ilə bağlı fikir və təkliflər səsləndirilib.
Müzakirələrin yekununda 8 elmi-tədqiqat şöbəsinin illik hesabatları qənaətbəxş hesab edilib.