Şəki Regional Elmi Mərkəzdə elmi işçilərin fərdi iş planları müzakirə olunub
Noy 13, 2026 | 03:00
Noy 13, 2026 | 03:00
11-13noyabr 2026-cı il tarixlərində AMEA-nın Şəki Regional Elmi Mərkəzində elmi işçilərin 2026-cı il üzrə fərdi iş planlarının yerinə yetirilməsinə dair hesabatları dinlənilib.
Hesabatlarda elmi işçilərin il ərzində fərdi iş planları əsasında həyata keçirdikləri elmi-tədqiqat işləri, apardıqları araşdırmalar, əldə etdikləri elmi nəticələr, elmi nəşrlərdə dərc olunmuş əsərləri barədə məlumat verilib.
Yekunda elmi işçilərin 2026-cı il üzrə fərdi iş planlarının yerinə yetirilməsinə dair hesabatları qənaətbəxş hesab edilib.








