Təbrik edirik!
Okt 16, 2026 | 11:00
Bu gün görkəmli alim, ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin doğum günüdür.
Hörmətli İsa müəllim!
Sizi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəhbərliyi və kollektivi adından doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq!
Azərbaycan elminin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması və zəngin ədəbi irsimizin tədqiqi istiqamətində göstərdiyiniz çoxşaxəli fəaliyyət, yorulmaz əməyiniz hər zaman böyük hörmət və rəğbətlə qarşılanır.
İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan elmi bundan sonra da yeni nailiyyətlər qazanacaq, milli elmi potensialımızın möhkəmləndirilməsi istiqamətində mühüm uğurlara imza atacaqdır.