Şəki Regional Elmi Mərkəzin əməkdaşı Xəqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib
Okt 14, 2026 | 05:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova ADPU-nun Şəki filialının və Narınqala Şəhər Folklor Evinin təşkilatçılığı ilə keçirilən klassik Azərbaycan şairi Xəqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Əsrlərdən gələn səs” adlı elmi-mədəni tədbirdə “Xəqaninin fəlsəfəsi və poetik dili” mövzusunda məruzə edib.