Tarix və epiqrafika şöbəsinin əməkdaşı Balakənin tarixi-memarlıq abidələri barədə müsahibə verib
Avg 08, 2026 | 04:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşı, t.ü.f.d. Akif Məmmədli Balakən rayonunda yerləşən tarixi-memarlıq abidələri ilə bağlı İctimai Televiziyaya və AZƏRTAC-a müsahibə verib.
Müsahibə zamanı bölgənin İslam memarlığının nadir nümunələrindən biri hesab olunan Balakən Cümə Məscidi, məscidin minarəsinin inşa tarixi, memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Akif Məmmədli, həmçinin bölgədəki qədim Alban məbədləri haqqında danışaraq, bu abidələrin tarixi, memarlıq və epiqrafik baxımdan öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.