65 İLLİK YUBİLEYİNİZ MÜBARƏK
Avg 28, 2026 | 03:00
Bu gün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin ümumi işlər üzrə direktor müavini Rəhim Abdurahmanovun 65 yaşı tamam olur.
Əlamətdar yubileyi münasibətilə Rəhim Abdurahmanovu Şəki Regional Elmi Mərkəzinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik.
Rəhim Abdurahmanov uzun illər ərzində öz əmək fəaliyyəti, işgüzarlığı, səmimi münasibəti və zəngin təcrübəsi ilə kollektivimizin dəyərli üzvünə çevrilmişdir. O, çalışdığı müddət ərzində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi, iş prosesinin səmərəli təşkili və kollektivdə sağlam iş mühitinin formalaşdırılması istiqamətində fəaliyyət göstərmişdir.
65 illik yubiley münasibətilə Rəhim müəllimə ilk növbədə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, firavanlıq, iş fəaliyyətində yeni uğurlar və qarşıya qoyduğu bütün məqsədlərin həyata keçməsini arzulayırıq. İnanırıq ki, bundan sonrakı illərdə də öz zəngin təcrübəsi və peşəkarlığı ilə kollektivimizə faydalı olacaqdır.